26 may 2024 12:50
234

Azad olunan məhbusun anası: Hələ də inana bilmirəm

10 saylı cəzaçəkmə müəssisəsindən Azərbaycan Prezidentinin Əfv Sərəncamı əsasında azadlığa buraxılan Nurlan Ataşovun anası Lətafət Ataşova oğlumun əfv olunduğunu televiziyadan eşitdiyini, şoka düşdüyünü, hələ də inana bilmədiyini deyib.

“İki sahil” xəbər verir ki, jurnalistlərlə söhbətində L.Ataşova ölkə başçısına humanist qərarına görə təşəkkür edib:

“Beyləqandan gəlmişəm. Oğlumun azad olunduğunu eşidən kimi yola düşdüm. Mən cənab Prezidentə sonsuz təşəkkürümü bildirirəm. Bu əziz gündə məhbus analarına böyük sevinc yaşatdı. Oğlum 2002-ci il təvvəllüdlüdür. 5 il 7 ay həbs cəzasına məhkum olunmuşdu. Cəzasının 4 il 9 ayını çəkmişdi, digər hissəsindən azad olundu. Arzu edirəm ki, bütün analar mənim kimi sevinsinlər".