Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 2024-cü il 25 may tarixli Sərəncamı müstəqillik tarixindəki əhəmiyyətli əfv aktlarından biridir.
“İki sahil” xəbər verir ki, bu sözləri Bakı Şəhər Probasiya İdarəsinin rəis müavini Nəvai Əlizadə bildirib.
“Qeyd edim ki, bu Sərəncam 150-dən artıq şəxsi əhatə edir. Əfv Sərəncamı cəza çəkənlərin şəxsiyyəti, cinayət əməlinin xarakteri və şəxslərin davranışları nəzərə alınmaqla tətbiq edilir", - deyə o əlavə edib.