Rusiya Prezidenti Vladimir Putin Özbəkistanla hesablaşmaların milli valyutalarla həyata keçirilməsini vacib keçidi adlandırıb.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, O, bunu özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə danışıqlardan sonra deyib.
“Ölkələrimiz ödənişlərdə ardıcıl olaraq milli valyutalara keçir, biz bunu son dərəcə vacib hesab edirik”, - deyə, Putin qeyd edib.
O, həmçinin iki ölkənin kredit və bank qurumları arasında əməkdaşlığın möhkəmləndiyini vurğulayıb. Belə ki, onun sözlərinə görə, ötən ilin sonunda ikitərəfli kommersiya əməliyyatlarında rublun payı 58%-ə çatıb.