27 may 2024 16:56
232

Polşa Rusiya diplomatlarının ölkə daxilində hərəkətinə məhdudiyyətlər TƏTBİQ ETDİ - SON DƏQİQƏ

Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, rəsmi Varşava rus diplomatların ölkə daxilində hərəkətinə məhdudiyyətlər qoyur.

"İki sahil" xəbər verr ki, bu haqda RT məlumat yayıb.

Sikorski bu haqda Brüsseldə jurnalistlərə deyib: “Rusiya diplomatları ancaq Masoviya Voyevodalığı daxilində, konsullar isə öz regionlarının sərhədləri daxilində hərəkət edə biləcəklər”.

Nazir vurğulayıb ki, bu, səfir istisna olmaqla, digər diplomatlara aiddir.