28 may 2024 08:42
179

Moskvada hava şarı vuruldu

Rusiyanın hava hücumundan müdafiə sistemləri Moskva vilayəti üzərində kiçik hava şarını məhv edib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Mayın 27-də Moskva vilayətinin ərazisində kiçik ölçülü şar növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”, - deyə bildirilib.

Qeyd edək ki, bundan öncə Moskva vilayətində dron vurulduğu haqda məlumat yayılmışdı.