28 may 2024 15:34
263

Səfir: Kanada COP29 çərçivəsində Azərbaycanla əməkdaşlığa ümid edir

Bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcəyinə görə Kanada iqlim dəyişikliyi barədə aktual qlobal problemi həll etmək üçün Azərbaycanla əməkdaşlığa ümid edir.

“İki sahil” xəbər verir ki, bu barədə Kanadanın Azərbaycandakı səfiri Kevin Hamilton “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Müstəqillik günü münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm. Bu ilin sonunda Bakıda COP29 keçiriləcəyi və iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq səylərin həyata keçiriləcəyinə görə Kanada nəslimizin ən aktual qlobal problemi üzərində sizinlə əməkdaşlığa ümid edir. 2024-cü ilin bütün Cənubi Qafqazda yeni firavanlıq, sülh və sabitlik dövrünü qeyd edəcəyinə dair nikbinliyimizi də vurğulayırıq”, - paylaşımda qeyd edilib.