Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistanın paytaxtı İslamabadda səfərdədir.
“İki sahil” xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslamabada ikigünlük rəsmi səfərə gəlib”, – xarici siyasət idarəsinin mətbuat xidməti diqqətə çatdırıb.
Qeyd olunub ki, Azərbaycanın baş diplomatını Pakistanın xarici işlər katibinin Əfqanıstan və Qərbi Asiya üzrə köməkçisi Əhməd Nasim Varraiç qarşlayıb.
“Xarici işlər naziri Ceyhun Bayramov Baş nazir Məhəmməd Şahbaz Şərifin qəbulunda olacaq və baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə geniş müzakirələr aparacaq”, – XİN bildirib.
Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur
Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb
Donald Tramp sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirib