04 avqust 2026 18:18
158

SOCAR-ın prezidenti BYD şirkətinin xarici əlaqələr və yeni biznesin inkişafı üzrə rəhbəri ilə görüşüb - FOTO

4 avqust 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf BYD şirkətinin xarici əlaqələr və yeni biznesin inkişafı üzrə rəhbəri Peter Siyarto ilə görüşüb.

“İki sahil” xəbər verir ki, görüşdə SOCAR-ın “yaşıl enerji” gündəliyi, o cümlədən tərəfdaşlarla birgə həyata keçirilən bərpa olunan enerji layihələri barədə məlumat verilib.

Söhbət zamanı bərpa olunan enerji texnologiyalarının sənaye proseslərinə inteqrasiyası və müasir texnoloji həllərin tətbiqi sahəsində birgə əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.