BMT-nin baş katibinin müavini, İnkişaf Proqramının Administratorunun müavini, Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Büronun direktoru İvana Jivkoviç Azərbaycanda rəsmi səfərdədir.
“İki sahil” xəbər verir ki, səfər çərçivəsində xanım Jivkoviç cari məsələlərlə bağlı fikir mübadiləsi aparmaq məqsədilə bir sıra rəsmi görüşlər keçirib. BMTİP-nin Avropa və MDB üzrə regional direktoru Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ilə görüşüb.
Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov və xarici işlər nazirinin müavini Samir Şərifov ilə keçirilən görüşlərdə Dayanıqlı İnkişaf Məqsədləri (DİM-lər), Azərbaycanda keçiriləcək COP29 Konfransı və digər məsələlər müzakirə edilib.
Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur
Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb
Donald Tramp sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirib