Azərbaycanın Cammu və Kəşmir məsələsində mövqeyi dəyişməzdir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə görüşün yekununa dair keçirilən birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, keçmiş Ermənistan-Azərbaycan münaqişəsi, 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə Pakistanın Azərbaycana göstərdiyi möhkəm siyasi və mənəvi dəstəyi də Azərbaycan həmişə yüksək qiymətləndirib:
"Cammu və Kəşmir məsələsində də bizim mövqeyimiz həmişə ardıcıl olub. Azərbaycan bu problemin beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında, habelə beynəlxalq humanitar hüquqa tam hörmətlə yanaşılmaqla sülh yolu ilə həllinin tərəfdarıdır".
Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur
Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb
Donald Tramp sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirib