Minalar təkcə insan həyatı üçün gizli təhlükələr yaratmır, həm də dayanıqlı inkişafa mane olur.
“İki sahil” xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Zəngilanda “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda keçirilən beynəlxalq konfransda video müraciətlə çıxışı zamanı deyib.
“Məqsədimiz işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonası yaratmaqdır. Ekosistemləri bərpa etməklə və davamlı təcrübələri yenidən tətbiq etməklə biz bu torpaqları yaşıl sahələrə çevirməyi hədəfləyirik. Minimum emissiyaları təmin etmək üçün "ağıllı şəhərlər" və "ağıllı kəndlər" kimi innovativ texnologiyalar və yanaşmalardan istifadə edirik”, - o bildirib.
Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur
Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb
Donald Tramp sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirib