Qəzzadakı vəziyyət bizim hamımız üçün böyük narahatlıq mənbəyidir.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslamabadda pakistanlı həmkarı ilə birgə mətbuat konfransında bildirib.
“Təbii ki, biz savaşın dərhal dayandırılmasına çağırış edirik. Biz inanırıq ki, Yaxın Şərqdə dayanıqlı və uzunmüddətli sülh yalnız iki dövlətli həll yoluna və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslana bilər. Biz bu məsələnin iki dövlət həllinə çağırırıq”, - XİN rəhbəri vurğulayıb.
Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan bu təşəbbüsləri dəstəkləyib.
Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur
Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb
Donald Tramp sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirib