“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Rusiya Prezidentinin böyük Avrasiya məkanının formalaşdırılması üzrə təşəbbüsünün həyata keçirilməsində əsas həlqələrdən birinə çevriləcək.
“İki sahil” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Güman edilir ki, bu marşrut Baltik və Arktikadakı limanları Fars körfəzi və Hind okeanı sahillərindəki limanlarla birləşdirəcək və Rusiya Prezidentinin böyük Avrasiya məkanının formalaşdırılması üzrə təşəbbüsünün həyata keçirilməsində əsas həlqələrdən birinə çevriləcək”, - o qeyd edib.
M.Zaxarova vurğulayıb ki, Rusiya qonşu ölkələr, o cümlədən Cənubi Qafqaz dövlətləri ilə nəqliyyat və logistika əlaqələrinin qurulmasına böyük diqqət yetirir: “Biz qonşularımızla güclü ticari-iqtisadi əlaqələr qurmuşuq. Ermənistan-Azərbaycan münaqişəsi də Cənubi Qafqazda bu məsələyə əsas maneə idi”.
Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur
Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb
Donald Tramp sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirib