Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) arasında SARB və “Umm Lulu” yataqlarında iştirak payının 3 %-nin SOCAR-a verilməsinə dair Saziş imzalanıb.
“İki sahil"in SOCAR-a istinadən verdiyi məlumata görə, SOCAR-ın prezidenti Rövşən Nəcəfin və ADNOC-un upstream üzrə icraçı direktoru Abdulmunim Saif Əl Kindinin iştirakı ilə keçirilən imzalanma mərasimində Azərbaycan ilə BƏƏ arasında strateji enerji tərəfdaşlığına əsaslanan sənədin SOCAR-ADNOC əməkdaşlığının genişləndirilməsinə xidmət etdiyi bildirilib.
Tədbirdə şirkətlər arasında əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb. Bu xüsusda ADNOC tərəfindən "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının əldə edilməsinin, həmçinin şirkətlər arasında “mavi hidrogen”, geotermal və karbon idarə edilməsi üzrə əməkdaşlıq məsələlərini nəzərdə tutan Strateji Əməkdaşlıq Sazişinin önəmi qeyd olunub.
Macarıstan şirkətlərinin və beynəlxalq təşkilat nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub - FOTO
SOCAR-da “Kommunikasiya və əməkdaşlıq vasitəsilə tərəfdaşlığın gücü: Enerjinin gələcəyini formalaşdıran qadınlar” mövzusunda tədbir keçirilib