Rusiya ərazisində dağıntılar və müxtəlif növ hərbi təxribatlara görə məsuliyyət Ukraynanı uzaqmənzilli silahlarla təchiz edən NATO ölkələrinin üzərinə düşür.
“İki sahil” xəbər verir ki, bunu politoloq İvan Mezyuxo RT ilə söhbətində bildirib.
“Bu gün NATO getdikcə daha çox Ukrayna münaqişəsinə cəlb olunur. Aydındır ki, alyans birbaşa olaraq hərbi əməliyyatlara cəlb olunmayacağı, eyni zamanda, Ukraynanın istifadə edəcəyi sursat və ağır silahların miqdarını artıracaq yollar axtarır”, - deyə, politoloq bildirib.
O, NATO-nun Moldovanı öz hərbi aerodromlarını F-16-ların istifadəsinə verməyə təşviq edə biləcəyini qeyd edib: “NATO-nun belə bir qərar verməsinin məntiqi ondan ibarət olacaq ki, onlar Moldovaya yazığı gəlmir, çünki o, Şimali Atlantika Alyansının üzvü deyil. Bizim cavab tədbirlərimiz olacağı təqdirdə, bu halda NATO üzvlərinin kollektiv müdafiəsi ilə bağlı heç bir maddə tətbiq edilməyəcək”.