31 may 2024 16:17
470

Polislə etirazçılar arasında qarşıdurma yaşanıb, saxlanılanlar var - VİDEO

Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) binası yaxınlığında etirazçılarla polis arasında toqquşmalar başlayıb, saxlanılanlar var.

“İki sahil” xəbər verir ki, bu barədə “Sputnik-Armeniya” məlumat yayıb.

Məlumata görə, polis etirazçıları saxlayır və xəbərdarlıq olaraq binanı bağlayan bəzi təhlükəsizlik qüvvələri qalxanları döyəcləyir.

“Vətən uğrunda Tavuş” hərəkatının üzvləri bundan əvvəl xarici işlər naziri Ararat Mirzoyanla görüş tələb ediblər. XİN-dən bildiriblər ki, hazırda onları qəbul edə bilmirlər.