Bu gün Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqları prosesində bir sıra Qərb dairələri öz ambisiyalarından əl çəkmir.
“İki sahil” xəbər verir ki, bunu Arb24-ə açıqlamasında Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib.
S. Kərimli əlavə edib ki, sülh prosesi son dönəmlər irəliyə doğru gedir.
"Qərb dairələri isə Ermənistanda müəyyən iğtişaşlar törətməklə bu prosesə mane olmaq niyyəti güdür. Regionumuzda Qərbin Ermənistana və Gürcüstana təsir güclərini artırması nə ilə bağlıdır? Həmin dairələr bölgədə öz hegemonluqlarını yaratmağa yönəlmiş addımlar atırlar. Bunu biz həm Gürcüstanda, həm də Ermənistanda görürük. Azərbaycana isə nüfuz edə bilmirlər, çünki, qətiyyətli və çevik tədbirlərlə müdaxilələrin qarşısı vaxtında alınır", deyə siyasi şərhçi əlavə edib.
Verilişin geniş versiyasını təqdim edirik:
Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur
Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb
Donald Tramp sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirib