01 iyun 2024 22:00
274

Tosin Adarabioyo "Çelsi"də

"Çelsi" yeni mövsüm üçün ilk transferini etmək üzrədir.

“İki sahil” jurnalist Fabrizio Romanonun sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, "Fulhem"in futbolçusu Tosin Adarabioyo karyerasını London təmsilçisində davam etdirməyə yaxındır. O, "Çelsi" azad agent kimi keçəcək. 26 yaşlı oyunçu ilə şəxsi müqavilənin şərtləri tam razılaşdırılıb.

Qeyd olunur ki, tərəflər artıq Tosinin yeni klubunda tibbi müayinədən keçmə tarixini müəyyənləşdiriblər və bundan sonra o, klubla rəsmən müqavilə imzalayacaq.

2023/24 mövsümündə Adarabioyo bütün yarışlarda 25 matçda 2 qol vurub.