02 iyun 2024 01:01
444

"Real" ÇL kubokunu qazandı

UEFA Çempionlar Liqasında 2023-2024 mövsümünün final oyunu keçirilib.

“İki sahil” xəbər verir ki, ​ İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçirilən oyunda İspaniyanın “Real” (Madrid) ilə Almaniyanın “Borussiya” (Dortmund) klubları yarışıblar.

Hesabı qarşılaşmanın 74-cü dəqiqəsində "Real"ın futbolçusu Dani Karvahal hesabı açıb. 83-cü dəqiqədə isə Vinisius Junior fərqi iki topa yüksəldib.

Qeyd edək ki, ÇL-in ən titullu klubu olan "Real" indiyə qədər 14 dəfə bu turnirin kubokunu başları üzərinə qaldırıb. Dortmund klubu isə yalnız bir dəfə - 1996-1997 mövsümündə yarışın qalibi olub.

UEFA Çempionlar Liqası,

Final

1 iyun

23:00 "Borussiya" (Dortmund) (Almaniya) 0–2 "Real" (Madrid) (İspaniya)

Qollar: Dani Karvahal, 74 (0:1), Vinisius Junior, 83, (0:2)

Baş hakim: Slavko Vinçiç (Slovakiya)

London. "Uembli" stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”