02 iyun 2024 01:42
461

Türkiyədə əkin sahəsində başlayan güclü yanğın meşəlik əraziyə keçib

Türkiyənin Manisa vilayətinin Alaşehir rayonunda əkin sahəsində başlayan yanğın əvvəl kolluq əraziyə, daha sonra isə meşə massivinə keçib.

“İki sahil” yerli mətbuata istinadən xəbər verir ki, yanğının söndürülməsində yeddi təyyarə, həmçinin fövqəladə hallar xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib.

Bildirilib ki, hadisə nəticəsində Uşak-Basmane (İzmir) qatarının hərəkəti tədbir olaraq dayandırılıb.