Tərəflər Qəzza zolağında pisləşən humanitar böhrana son qoymaq üçün məsləhətləşmələri davam etdirəcəklər
ABŞ dövlət katibi Antoni Blinken Misirin xarici işlər naziri Sameh Şükriyə telefonla zəng edib.
“İki sahil” “Arabnews”a istinadən xəbər verir ki, zəng zamanı Şükri ölkəsinin Qəzza zolağına qarşı müharibəni dayandırmaq, dərhal və davamlı atəşkəsə nail olmaq, girov və məhbusların dəyişdirilməsi, Fələstin xalqına humanitar yardımın tam və maneəsiz çatdırılmasını təmin etmək məqsədi daşıyan bütün səyləri dəstəklədiyini təsdiqləyib.
Tərəflər müharibəni dayandırmağa və Qəzza zolağında pisləşən humanitar böhrana son qoymaq üçün məsləhətləşmələri və yaxın koordinasiyanı davam etdirməyə razılaşıblar.
Məhərrəm Ağalaroğlu, “İki sahil”