Qırğızıstan Parlamentinin (Joqorku Keneşinin) sədri Nurlanbek Şakievin başçılıq etdiyi nümayəndə heyəti iyunun 3-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
“İki sahil” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Qırğızıstan Parlamentinin sədri Nurlanbek Şakievi və nümayəndə heyətini Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli, Qırğızıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və digər rəsmi şəxslər qarşılayıblar.
Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur
Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb
Donald Tramp sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirib