Türkiyə Şərq və Qərb arasında unikal mövqeyinə və artan daxili enerji resursları bazarlarına görə regionda enerji layihələri üçün əsas vasitəçi rolunu oynayır.
“İki sahil” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı Enerji Həftəsinin açılış mərasiminin iştirakçılarına müraciətində bildirib.
Müraciəti Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar oxuyub.
“Regional əməkdaşlığı gücləndirməklə, enerji təhlükəsizliyini prioritetləşdirməklə biz indiki və gələcək nəsillərə fayda verən davamlı və dinamik enerji mənzərəsi yarada bilərik”, - müraciətdə qeyd edilib.
R.T.Ərdoğan Türkiyənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm irəliləyiş əldə etdiyini vurğulayıb: “Milli Uzunmüddətli Enerji Planımız 2053-cü ilə qədər “xalis sıfır” hədəfinə nail olmaq öhdəliyimizi nümayiş etdirir”.
Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur
Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb
Donald Tramp sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirib