Azərbaycan və Almaniya Bakıda keçiriləcək COP29 tədbiri ərəfəsində enerji keçidi və iqlimin mühafizəsi üzrə sıx əməkdaşlıq edir və bunu gələcəkdə də davam etdirəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Bu gün Azərbaycan Prezidenti İlham Əliyevi Bakı Enerji Həftəsi çərçivəsində keçirilən sərgidə Almaniya pavilyonunda salamlamaqdan məmnun oldum”, - səfir qeyd edib.
Almaniya Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərində pavilyonunu təqdim edib.
Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur
Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb
Donald Tramp sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirib