04 iyun 2024 19:54
275

İsrail ABŞ-dan 25 ədəd F-35 qırıcısı alacaq

İsrailin Müdafiə Nazirliyi F-35 qırıcı eskadrilyasının alınması üçün ABŞ ilə rəsmi müqavilə imzalayıb.

“İki sahil” “The Times of İsarel”ə istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayılıb.

Qeyd edilib ki, 25 qırıcının daxil olduğu müqavilə 3 milyard dollar dəyərindədir.

Bununla da İsrail Hərbi Hava Qüvvələrinin donanmasında bu tip qırıcıların sayı 75-ə çatdırılacaq.