Türk Dövlətləri Təşkilatına üzv olmazdan əvvəl biz hələ dünyada gedəcək prosesləri proqnozlaşdıra bilmirdik.
“İki sahil” xəbər verir ki, bu fikirləri Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan xarici işlər naziri ilə Bakıda bugünkü mətbuat konfransında deyib.
“Türk Dövlətləri Təşkilatı sayəsində biz başa düşdük ki, bu region, yəni Türk dünyası geniş şəkildə inkişaf edir. O zaman biz hələ dünyada gedəcək siyasi prosesləri proqnozlaşdıra bilmirdik. Avrasiya regionu dünyada mühüm rol oynayır”, - macar nazir qeyd edib.
O, “Ukraynadakı müharibənin onlar üçün yük olduğunu” vurğulayıb.
“Bizə isə münasibətlərin inkişafı üçün bir körpü lazımdır. Türk Dövlətləri Təşkilatı Şərqlə Qərbin arasındakı həmin bu körpünün sütunudur”, - Siyarto vurğulayıb.
Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur
Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb
Donald Tramp sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirib