Normallaşma prosesinin digər elementləri arasında Ermənistan-Azərbaycan dövlət sərhədinin bir hissəsinin delimitasiya və demarkasiyasının baş verməsidir.
“İki sahil” xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı ilə birgə brifinqdə deyib.
“Bunun nəticəsində işğal altında olan 4 Azərbaycan kəndinin azad olunmasının tərəflər arasındakı prosesə müsbət təsirləri barəsində fikir mübadiləsi apardıq”, - XİN rəhbəri əlavə edib.
Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan sülh prosesinə sadiqdir: “Biz tərəfimizdən növbəti lazımi addımları atmağa hazırıq”.
Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur
Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb
Donald Tramp sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirib