Mədəniyyət naziri Adil Kərimli iyunun 5-də Avstriyanın Azərbaycan Respublikasındakı səfiri Tomas Şuller-Qötzburq ilə görüşüb.
Mədəniyyət Nazirliyindən "İki sahil"ə verilən xəbərə görə, diplomatı salamlayan nazir iki ölkə arasında əlaqələrdən söz açıb.
Qeyd edib ki, Azərbaycan və Avstriya arasında müxtəlif sahələrdə yaxşı əməkdaşlıq mövcuddur.
Ölkəmiz mədəniyyət sahəsində əlaqələrin inkişafında maraqlıdır.
Görüşdə kino, muzey və kitabxana işi, tarixi və mədəni irsin qeydiyyatı, qorunması, bərpası, habelə yaradıcı sənaye sahələrində bilik və təcrübə mübadiləsinin aparılması imkanları nəzərdən keçirilib.
Söhbət zamanı bədii təhsil üzrə tələbə mübadiləsi və mədəni irsin idarə edilməsi ilə bağlı kadr hazırlığı məsələləri də müzakirə olunub.
Görüşdə Avstriya tərəfi bu ilin noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak üçün dəvət olunub.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?