07 iyun 2024 13:26
414

Mədəniyyət naziri İmişlidə vətəndaşları qəbul edib

Mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə növbəti vətəndaş qəbulu iyunun 7-də İmişli rayonunda keçirilib.

“İki sahil” xəbər verir ki,  Nazirlikdən verilən xəbərə görə, İmişli rayon Heydər Əliyev Mərkəzində gerçəkləşən qəbuldan əvvəl nazir və rayonun icra başçısı Elçin Rzayev Ümummilli liderin şəhərdəki abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Əsasən, Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarından bir qrup vətəndaşın iştirak etdiyi qəbulda sakinlərin müraciətləri mədəniyyət sahəsinə dair təkliflər, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.

Nazir vətəndaşların ayrı-ayrı məsələlərə dair xahiş və təkliflərini, fikirlərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı qəbulda iştirak edən nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.

Görüşdə şəhid ailələri və qazilərin qaldırdıqları məsələlərə xüsusi diqqətlə göstərilməsi, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.