08 iyun 2024 18:55
494

Viktoriya Bonya qızı ilə Bakıda dincələcək

Rusiyalı məşhur teleaparıcı, model, bloqer və iş xanımı Viktoriya Bonya qızı Ancelina ilə birlikdə Azərbaycana gəlib.

Bununla bağlı bloqer özünün sosial şəbəkə hesabından paylaşım edib.

Kadrlarda Heydər Əliyev Beynəlxalq Aeroportun baqaj gözləyərkən məktəblinin oturacaqlarda uzanıb yatdığı əks olunub.

"Qızım Bakıya gəlib, öz çamadanını birinci götürdü, amma ana hələ çamadansızdır, özünkünü gözləyir", - deyə Viktoriya deyib.

"Dom-2" ulduzunun sözlərinə görə, bir müddət sonra o da çamadanını götürüb.

Növbəti video isə aeroport yolunda çəkilib. Görüntülərdə Bonyanın qızının yenə də, bu dəfə taksidə ananın dizlərində yatdığı görünüb. Viktoriya yolun uzunluğundan şikayətlənib və Ancelinanın ilk fürsətdə yatmağa uzanmasının səbəbini bütün gecə uçmaları və ekonom sinifdə bilet almaları ilə izah edib.

Qeyd edək ki, model, teleaparıcı və aktrisa kimi fəaliyyət göstərən Viktoriya Bonya "Dom-2" şousunda iştirakı ilə məşhurlaşıb. Hazırda o, dünyanın müxtəlif yerlərində tez-tez səyahət edərək bloqer kimi fəaliyyət göstərir, sosial şəbəkə hesablarında milyonlarla izləyicisi var.

Oxu.Az