Azərbaycanlı rəssam Nəcməddin Hüseynov daha bir uğura imza atıb.
“İki sahil” xəbər verir ki, N.Hüseynov “Gottfried Wilhelm Leibniz” adına Avropa Təbiət Elmləri Akademiyası tərəfindən Avropanın Şərəf Ordeni ilə təltif olunub.
Orden rəssama Almaniyanın Hamburq şəhərində təqdim edilib.
Qeyd edək ki, N.Hüseynov “Gottfried Wilhelm Leibniz” adına Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvüdür (Akademiki).
O, 1955-ci ildə Qazax rayonunda anadan olub. Rəssamın yaratdığı sənət natürmort parçalardan, Pikassonun izlərini aydın şəkildə daşıyan portretlərdən ibarətdir. Onun natürmortuna meyvələr, butulkalar, vazalar və bəzi mənzərə əsərləri daxildir.
Rəssam həmçinin, Beynəlxalq Müasir Incəsənət Akademiyasının fəxri üzvü və qızıl medalçısıdır.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?