10 iyun 2024 15:30
562

Gözünüzü Günəş şüalarından QORUYUN, YOXSA...- OFTALMOLOQDAN MƏSLƏHƏT

Həyatı Günəşsiz təsəvvur edə bilmərik. Yaşam amillərindən biridə Günəş işığıdır. Amma son zamanlar ozon təbəqəsininin incəlməsi Günəşin zərərli şüalarının təsiri bəzən istənilməyən xəstəliklərərdə səbəb olur. İnsanlar bu şülara məruz qalması həm dəridə, həm də gözlərdə daha cox müşahidə olunur.

Bu fikirləri “İki sahil”ə özəl açıqlamasında oftalmoloq Vüsalə İsrailova söyləyib.

Oftalmoloqun sözlərinə görə bu xəstəliklər sırasında gözün buynuz qişasinda Fotokeratitlərin yaranmasınə qeyd edə bilərik. Xəstə uzun müddət gözünü aca bilmir, ağrı sulanma yanğı hiss edir.UV şüalarının Günəşdən başqa qaynağla işləyən insanlarda eynəksiz işlədikdə də müşahidə edilir.
Qanada bənzər pərdə (pteriqium- el arasında gözümə ət gəlib deyə müraciət edirlər) Günəşin bilavasiyə təsir etdiyi aciq sahələrdə işləyən insanlarda dənizcilərdə daha cox olur. Katarakta-mirvari suyu və sarı nöqtə xəstəliyini qeyd edə bilərəm. Bu xəstəlik görmə mərkəzi olan sarı nöqtənin yanmasına və nəticədə korluğa səbəb ola bilir. Bu hala alpinistlərdə daha cox rast gəlinir. 

Göz qapaqlarının dərisində müxtəlif törəmələrin əmələ gəlməsinə səbəb ola bilər. Baxdiqda görürük ki sadaladiglarımız yüngül xəstəliklərdə deyil. Hər biri ciddi problemlərdi.

Bəs, biz nə etməliyik?

Mutləq hər birimiz Günəş eynəklərindən istifadə etməyə alışmalıyıq. Günəş eynəklərini secəndə UV keciriciliyinin olub-olmadigini bilməliyik. Əks halda həmin eynək hec bir işə yaramır.  Bunun ücün Günəş eynəklərininn UV dərəcəsi "UV 400" olaraq qeyd edilir. Yalnız bu halda şüalardan tam qorunmaq mümkündür. Bəzən xəstələr "polaroid" şüşələr alır və bunun UV şüalarını keçirmədiyini düşünürlər. "Polaroid" şüşələr və UV keçiricilik fərqli anlayışlardır. Xəstələrə gur işıq qamaşmalarından qoruyan "palaroid"in də UV kecirməyən olmasıda şərtdir. 

Moda dunyasının vaz kecilməz aksesuarı olan Günəş eynəkləri düzgün secildikdə və bizləri nələrdən qoruduğunu bildikdə onun 
insan həyatinda yerini daha yaxşı başa düşürük.

Yaqut Ağaşahqızı “İki sahil”