11 iyun 2024 16:19
176

Rusiya-İran sazişi niyə imzalanmır? - Lavrov AÇIQLADI

Rusiya xarici işlər naziri Sergey Lavrov təsdiqləyib ki, Rusiya ilə İran arasında hərtərəfli saziş hələ imzalana bilməz. Onun sözlərinə görə, sənədin mətninin özü artıq tam razılaşdırılıb.

“İki sahil” xəbər verir ki, bu haqda “Kommersant” məlumat yayıb.

Lavrov bu mövzunu BRİKS xarici işlər nazirlərinin görüşünün yekunları üzrə mətbuat konfransında qaldırıb. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri sazişin təfərrüatları, eləcə də onun imzalanmasının təxmini müddəti barədə məlumat verməyib.

“Bu sazişin prezidentlərin təsdiqinə təqdim edilməsi və müvafiq olaraq imzalanması üçün İran İslam Respublikası bir sıra prosessual və qanunvericilik tədbirləri həyata keçirməlidir”- deyə Lavrov qeyd edib.

Rusiya ilə İran arasında sazişin hazırlanması 2022-ci ilin sentyabrında məlum olub. May ayında Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, İran tərəfi sənədə düzəlişlər təklif edib. Onun imzalanması İran prezidenti İbrahim Rəisinin vəfatı ilə əlaqədar təxirə salınıb.