Rusiya qoşunları Ukrayna ərazisindən çıxarıldıqdan sonra Rusiyaya zərbələr endirmək üçün Qərb silahlarından istifadə edilməyəcək.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron deyib.
"Əgər bu zərbələr Rusiyada narahatlıq yaradırsa, sadəcə olaraq qoşunlarını çıxarsınlar", -deyə, nazir bildirib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskva Qərbin Kiyevi silahla təchiz etməsinə cavab olaraq bəzi ölkələrə uzaqmənzilli silahlar vermək hüququnu özündə saxlayır.
II Qaregin Ermənistanın yeni parlamentinin ilk sessiyasının açılışına dəvət edilməyib
Serbiyanın Starçevo şəhərciyində partlayış nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb