13 iyun 2024 18:54
222

Rusiya XİN: Ermənistan regionda təhlükəsizlik və sabitlik yaratmaq barədə düşünməlidir

İrəvan mövcud problemləri aradan qaldırmalı və regiona sabitlik gətirmək üçün çalışmalıdır.

“İki sahil” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə “News.ru”nun sualını cavablandırarkən deyib.

“Dünyada tərəqqi və inkişafdan kənarda qalmamaq üçün indi hamı çoxqütblülükdən danışır. Cənubi Qafqazın bu çoxqütblü dünyanın mərkəzlərindən birinə çevrilməsi lazımdır”, - o bildirib.