13 iyun 2024 19:19
299

Səbinə Xasayeva şəhid ailələrini ziyarət edib - FOTO

Milli Məclisin deputatı Səbinə Xasayeva Milli Qurtuluş Günü və Qurban bayramı ərəfəsində Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda  gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş gizir Səmədov Nicat Şahin oğlunun və  kiçik çavuş Qarayev Tural Şahin oğlunun ailələrini iyunun 13-də ziyarət edərək onların  problem və qayğıları ilə maraqlanıb, ailələrə bayram sovqatı təqdim edib. 

“İki sahil” xəbər verir ki,  ziyarətdə  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi tarixi Zəfərdən bəhs olunub. Torpaqlarımızın işğaldan azad edildiyi, şəhidlərimizin qanının yerdə qalmadığı vurğulanıb.

Şəhidlərin valideynlərinin  ürək sözləri dinlənilib, onların qayğıları öyrənilib. Şəhidlərin    valideynləri göstərilən diqqət və qayğıya görə, eləcə də şəhid adının daim uca tutulması üçün görülmüş işlər ilə əlaqədar Ali Baş Komandan, Prezident  İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Ziyarətdə  Binəqədi rayon icra hakimiyyəti  başçisinin Xocəsən qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ramil Abasov, Binəqədi rayon  Xocəsən  bələdiyyəsinin sədri Nigar Məmmədova və Binəqədi rayon icra hakimiyyəti  başçisinin 28 May qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini müvəqqəti icra edən Əsəd Məmmədov  iştirak ediblər.