13 iyun 2024 21:16
327

Nuri Şahin "Borussiya"nın baş məşqçisi təyin oluna bilər

Türkiyə millisinin sabiq üzvü Nuri Şahin Almaniyanın "Borussiya" (Dortmund) kollektivini çalışdıra bilər.

“İki sahil” "Sky Germany"ə istinadla xəbər verir ki, klubda hazırda köməkçi məşqçi kimi fəaliyyət göstərən 35 yaşlı mütəxəssis bu gün istefa verən Edin Terziçin əvəzinə baş məşqçi təyin olunmağa ən real namizəddir.

Qeyd edək ki, N.Şahin "Borussiya"nın yetirməsidir. O, 2005-2011-ci və 2013-2018-ci illərdə bu klubda çıxış edib.