14 iyun 2024 13:21
190

COP29 səhiyyə sahəsində təşəbbüslər üçün geniş imkanlar yaradacaq

“Forecasting Healthy Futures” Sammiti Azərbaycana ölkənin iqlim dəyişikliyi və genişmiqyaslı səhiyyə sahəsində islahatlara sadiqliyini nümayiş etdirməyə imkanı verəcək.

“İki sahil” xəbər verir ki,  bu barədə “Report”a açıqlamasında “Forecasting Healthy Futures” idarəedici direktoru Kelli Uillis bildirib.

Onun sözlərinə görə, iyunun 18-20-də Bakıda keçiriləcək sammit konkret regional problemləri də müzakirə etməyə imkan verəcək:

“Ümid edirəm ki, bu tədbir ictimai sağlamlığın gələcək iqlim danışıqlarının daimi və mərkəzi komponentinə çevrilməsinə şərait yaradacaq”.

K.Uillis deyib ki, o, sammitin iqlim dəyişikliyi ilə bağlı daha bütöv və əhatəli yanaşmalara gətirib çıxaracağına ümid bəsləyir:

“İnsanlar iqlim dəyişikliyinin onların sağlamlıqları üçün birbaşa təhlükə olduğunu başa düşərsə, onların iqlim təşəbbüslərini dəstəkləmək və iştirak etmək ehtimalı daha yüksəkdir”.

Azərbaycan haqqında danışan icraçı direktor qeyd edib ki, COP29-un keçirilməsi ölkəyə bu təşəbbüsləri həyata keçirmək üçün geniş imkanlar yaradacaq:

“Ümid edirik ki, COP29 və beynəlxalq ictimaiyyətin sağlamlığı getdikcə daha çox iqlim müzakirəsinin mühüm komponenti kimi qəbul etməsinin təməlini qoyacağıq”.