15 iyun 2024 21:32
182

Qarmaq balıqçının ürəyinə batıb

Kür çayında balıq tutan şəxs bədbəxt hadisə nəticəsində aldığı xəsarətdən dünyasını dəyişib.

“İki sahil” xəbər verir ki, hadisə çayın Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü O.Mamayev qardaşı ilə birgə balıq tutarkən ehtiyatsızlıqdan yıxılıb və əlindəki metal qarmaq onun ürəyinə batıb. O, aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.