16 iyun 2024 15:26
154

Çexiya XİN: İsveçrədə keçirilən sammit Ukraynanın sülh planına güclü dəstəkdir

İsveçrədə keçirilən Sülh Sammiti Ukraynanın sülh planına güclü dəstəkdir, lakin silah dəstəyi hələ də zəruridir.

“İki sahil” xəbər verir ki, bunu Çexiya xarici işlər nazirinin müavini Yan Marian “Ukrinform”a açıqlamasında deyib.

Praqanın İsveçrənin ev sahibliyi etdiyi sammiti uğurlu hesab etdiyini deyən Marian, fikrini belə əsaslandırıb ki, bütün dünyadan 100 nümayəndə heyəti toplanıb: "Bu, Ukraynaya güclü dəstək siqnalıdır. İnanırıq ki, Ukraynanın sülh planına uzunmüddətli dəstəyin göstərilməsi son dərəcə vacibdir. Vacib olan odur ki, proses davam edəcək və ola bilsin ki, bir gün Rusiya da bu işə qarışsın. Bu, Sülh müzakirəsi deyil, bu, Ukraynanın sülh planına dəstək müzakirəsidir”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”