16 iyun 2024 15:39
166

Peskov: Rusiya sanitar zona yaratmağa davam edəcək

Rusiya öz ərazisini Ukrayna Silahlı Qüvvələrinin vəhşicəsinə atəşə tutmasından qoruyana qədər sanitar zona yaratmağa davam edəcək.

“İki sahil” xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Xarkov vilayətində bufer zonasının, sanitar zonanın yaradılması istiqamətində işlər aparılır", - deyən D.Peskov əlavə edib: “Əlbəttə, biz Şebekinonu, Belqorod vilayətini və digər bölgələrimizi bu cür vəhşicəsinə atəşə tutmayana qədər, əlbəttə ki, bu iş dayanmayacaq”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”