16 iyun 2024 16:23
140

İsveçrə prezidenti: Ukrayna ilə bağlı konfrans fərqli baxışların olduğunu göstərdi

İyunun 15-16-da Bürgenstokda keçirilən Ukrayna konfransında müzakirə müxtəlif nöqteyi-nəzərlərin mövcudluğunu nümayiş etdirdi.

“İki sahil” xəbər verir ki, bunu forumun bağlanış mərasimindəki çıxışında İsveçrə Prezidenti Viola Amherd deyib.

Dövlət başçısı deyib ki, son iki gündə aparılan müzakirələr fərqli baxışların olduğunu göstərdi. Onun sözlərinə görə, Ukraynada sülhə gedən yolun beynəlxalq hüquqa və xüsusən də BMT Nizamnaməsinə əsaslanmalı olduğunu başa düşmək daha vacib idi”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”