16 iyun 2024 16:32
157

Zelenski və Xristodulides Ukraynanın Aİ-yə qoşulması ilə bağlı danışıqları müzakirə ediblər

Ukrayna prezidenti Vladimir Zelenski və Kipr prezidenti Nikos Xristodulides Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı iyunda danışıqların başlanması ilə bağlı gözlənilən qərarları müzakirə ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna liderinin “Facebook” səhifəsində məlumat verilib.

İki ölkə arasında görüş İsveçrədə keçirilən Qlobal Sülh Sammiti çərçivəsində baş tutub.

Məhərrəm Ağalaroğlu, “İki sahil”