16 iyun 2024 17:53
185

ABŞ-da konsert zamanı atışma baş verib, azı iki nəfər ölüb

ABŞ-ın Texas ştatının Round-Rok şəhərində konsert zamanı atışma baş verib, azı iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Bloomberg” yerli polisə istinadən məlumat yayıb.

Qeyd olunub ki, konsertdə iki tamaşaçı qrupu arasında dava düşüb və kimsə atəş açıb. Nəticədə bu mübahisədə iştirak etməyən şəxslər həlak olub.

Həkimlər yaralılara ilkin tibbi yardım göstəriblər və onlar xəstəxanalara aparılıblar.

Polis hələ şübhəli şəxsi saxlamayıb. Faktla bağlı araşdırma aparılır.