16 iyun 2024 19:10
192

Hamburqda insident

Avro-2024-ün 1-ci turunda bu gün keçirilən Polşa - Niderland matçından əvvvəl insident yaşanıb.

“İki sahil” xəbər verir ki, Hamburqda küçədə əlində külüng və yanğınsöndürən balonu olan bir nəfər polisə hücum etmək istəyib.

Əvvəlcə bibər qazından istifadə edən polislər daha sonra insident törədən şəxsə güllə atıb. Ayağından xəsarat alan həmin şəxs xəstəxanaya çatdırılıb. Onun azarkeş olması ilə bağlı ilkin məlumat yoxdur.