16 iyun 2024 19:19
184

Sullivan: Putinin "sülh" baxışı BMT Nizamnaməsinə və sağlam düşüncəyə ziddir

Rusiya prezidenti Vladimir Putinin Ukrayna bölgələrinin işğalını və gələcəkdə təcavüzə məruz qalmasını nəzərdə tutan sülh baxışı BMT nizamnaməsinə və sağlam düşüncəyə ziddir.

“İki sahil” xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan İsveçrədə keçirilən Qlobal Sülh Sammitinin ikinci günündə deyib.

V.Putinin Sülh Sammitindən əvvəl səsləndirdiyi təklifləri xatırladan Ağ Ev rəsmisi deyib ki, heç bir məsuliyyətli dövlət, “Bu, sülh üçün ağlabatan əsasdır”, deyə bilməz. O, BMT Nizamnaməsinə ziddir, təməl əxlaqa ziddir, əsas sağlam düşüncəyə ziddir.

O bildirib ki, Sülh Sammitinin baxışı düzgündür və bu tədbir ədalətli sülhə gedən yolda mühüm mərhələdir: "Amerika Birləşmiş Ştatları, Ukrayna qalib gələnə və sülhün bərqərar olana qədər, Ukrayna ilə fəxrlə bu yolda addımlayacaq".

Məhərrəm Ağalaroğlu, “İki sahil”