16 iyun 2024 19:39
169

İsveçrə Rusiya Federasiyası ilə müzakirələr aparmaq niyyətindədir

İsveçrə hakimiyyəti Rusiya ilə müntəzəm əlaqə saxlayır və Bürgenstok konfransından sonra onunla müzakirələr aparacaq.

“İki sahil” xəbər verir ki, bu sözləri İsveçrənin xarici işlər naziri İqnazio Kassis mətbuat konfransında deyib.

"Bizim müntəzəm təmaslarımız var, Moskvadakı səfirimiz dialoqa açıqdır. Biz iki həftədən bir Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayırıq və konfransdan sonra Rusiya ilə müzakirələr aparacağıq", - Kassis bildirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”