16 iyun 2024 20:02
168

Yellen: Rusiya aktivlərindən gəlirlərin Kiyevə köçürülməsi oğurluq deyil

ABŞ administrasiyası hesab edir ki, Rusiyanın Qərbdə dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynanın ehtiyacları üçün istifadə edilməsi oğurluq deyil.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Canet Yellen məlumat verib.

"Bunu oğurluq adlandırmağın mənası yoxdur” – deyən amerikalı nazir əlavə edib ki, Rusiya aktivləri bu qurumda (Belçikadakı beynəlxalq Euroclear platformasında – red.) qalır: “Onlar dondurulub. Rusiyanın qoyduğu investisiyalar artıq ödəmə tarixinə çatıb. Beləliklə, Rusiya fondları nağd pul şəklində, lakin Rusiyanın heç bir hüququ olmayan quruma gəlir gətirir”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Qərb ölkələrinin Rusiya aktivlərini ələ keçirmək cəhdlərinin oğurluq olacağını və cəzasız qalmayacağını deyib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”