16 iyun 2024 21:12
242

Yasamalda 1026 ailəyə bayram payı

“Bayramı dairəmizin şəhid və qazi ailələri ilə, aztəminatlı sakinlərimizlə daha yaxından qeyd etmək məqsədi ilə Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı, Yasamal Bələdiyyəsi və sosial tərəfdaşlarımızla birlikdə növbəti aksiyamızı reallaşdırdıq”.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin deputatı Elnur Allahverdiyev bildirib.

“Sosial aksiya çərçivəsində könüllülərimiz və komanda üzvlərimiz dairəmizin 1026 ailəsinə baş çəkib bayram payımızı çatdırdılar”, - deyən deputat əlavə edib: “Bu səmimi niyyətimizin həyata keçməsi yolunda əməyi olan hər kəsə təşəkkür edirəm. Partiyamızın Yasamal Rayon Təşkilatının yorulmaz rəhbərliyi və kollektivinə, Yasamal Bələdiyyəsinin əməkdaşlarına, sosial tərəfdaşlarımıza, "Əsər ət" MMC-yə, "Tayqa Ticarət" şirkətinə, 166 yük daşıma xidmətinə göstərdikləri dəstək və zəhmətə görə çox sağol deyirəm. Nə qədər ki, həmrəyik, bütün işlərimiz rəvan olacaq. Necə ki, dövlətimiz, Prezidentimiz və xalqımızın birliyi qarşımızda duran tarixi məqsəd - ərazi bütövlüyümüzün təmin edilməsinə yol açdı.

Allah kəsilən bütün qurbanları qəbul etsin! Gücümüz birliyimizdədir!”.