Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupunda mübarizəyə start verilib.
“İki sahil” xəbər verir ki, I turun Rumıniya - Ukrayna oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayıb.
Görüşü İsveçdən olan Qlenn Nuberq idarə edir.
Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.
***
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupundakı Rumıniya - Ukrayna oyununda hesab açılıb.
Rumıniyanın yığmasının heyətində Nikolae Stanku 26-cı dəqiqədə adını tabloya yazdırıb.
***
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupundakı Rumıniya - Ukrayna oyununda ikinci hissə start götürüb.
Rumıniya seçməsi hazırda hesabda öndədir - 1:0.
***
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupundakı Rumıniya - Ukrayna oyununda növbəti qol vurulub.
Rumıniya seçməsi üçüncü dəfə rəqibini məyus edib - 3:0.
57-ci dəqiqədə Denis Draquş fərqlənib.
***
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında daha bir oyun baş tutub.
E qrupunun ilk matçında Rumıniya millisi Ukrayna ilə üz-üzə gəlib.
Qarşılaşma rumınların inamlı qələbəsi ilə bitib - 3:0.
26-cı dəqiqədə Nikolae Stanku, 53-cü dəqiqədə Razvan Marin, 57-ci dəqiqədə isə Denis Draquş fərqləniblər.
E qrupunun Belçika - Slovakiya görüşü bu gün, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.